Saatlı sakinindən qanunsuz silahlar götürüldü

17:14 14.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı sakinindən odlu silahlar götürülüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Bəylik kənd sakini Akif Əşrəfovdan müvafiq sənədləri olmayan “İJ-18” və “İJ-58” markalı 2 ədəd ov silahı aşkar edilərək götürülüb.

 

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.