Sabah Bakının küçələri dezinfeksiya ediləcək

13:28 15.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının əsas küçə və prospektləri növbəti dəfə dezinfeksiya ediləcək.

Bu barədə hafta.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, yanvar ayının 16-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.

Oxunma sayı 239