“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat aparılır

14:22 21.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sabahın alimləri” XIII respublika müsabiqəsinə qeydiyyat aparılır.

Elm və Təhsil Nazirliyindən hafta.az-a bildirilib ki, iştirak etmək istəyən şagirdlər dekabrın 15-dək sabahinalimleri.edu.az portalında qeydiyyatdan keçməlidirlər.

Müsabiqə ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində keçiriləcək.

Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdləri elmi axtarışlara sövq etmək, həmçinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarəolunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqata marağı olan istedadlı şagirdləri aşkara çıxarmaqdır.

Ətraflı məlumatı linkdən əldə etmək olar.

Oxunma sayı 66