Sabahın hava PROQNOZU

14:12 27.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. 

Şimal-şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq. 

Atmosfer təzyiqi  761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət  60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 28-də  Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Əsasən şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°  isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz  8-13° isti olacaq. 

Oxunma sayı 17