Sabirabadda 1 nəfər Kürdə batdı

13:47 05.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayon sakini Kür çayında batıb.

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.