Sabunçuda ev yanıb

23:05 01.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Sabunçu rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 102 m² olan birmərtəbəli 6 otaqlı evin bir otağının yanar konstruksiyaları 12 m² sahədə və digər otağın tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.