Şadlıq evinin sahibi yıxılaraq ölüb

14:12 18.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Göygöl rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hafta.az xəbər verir ki, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.

Qəsəbədə fəaliyyət göstərən "Münasib” şadlıq sarayının sahibi, 1965-ci il təvəllüdlü Münasib Polad oğlu Məmmədov pilləkəndən yıxılıb. Münasib Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, Münasib Məmmədov uzun müddət sahibkarlıqla məşğul olub.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.