Yazını böyüt
Yazını kiçilt
“Şahdağ” Turizm Mərkəzində keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın xizək alpinistləri bəlli olub.
Hafta.az xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyasının məlumatına görə, turnirdə ölkəmizi 5 idmançı təmsil edəcək.
Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev medallar uğrunda mübarizə aparacaqlar.
Martın 4-dən 8-dək keçiriləcək yarışda Azərbaycan, AİN (Neytral Statuslu İdmançılar), Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, Rusiya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən 123 idmançı çıxış edəcək.