Sahibkarlıq subyektinin əməkdaşları üçün təlim keçirilib

14:01 09.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qida Təhlükəsizliyi İnstitutu qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun fəaliyyətinin təşkili məqsədilə təlimləri davam etdirir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən hafta.az-a verilən məlumata görə, “Qida obyektlərində sanitariya-epidemioloji tədbirlər” mövzusunda növbəti nəzəri-praktiki təlim “Saf Catering Edu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün təşkil olunub.

Təlimdə iştirakçılara qida təhlükəsizliyi, təhlükəli qida, dezinfeksiya, dezinseksiya və deratizasiya haqqında ətraflı məlumat verilib, qida zəncirinin bütün mərhələlərində sanitariya-epidemioloji tədbirlərə əməl edilməsinin vacib olduğu vurğulanıb və bununla əlaqədar qanunvericiliyin tələbləri diqqətə çatdırılıb, sanitariya-epidemioloji tədbirlərin təşkili izah edilib.

İştirakçıların sualları cavablandırılıb və onlara sertifikatlar verilib.