Şahmat üzrə Dünya kubokunun yeri və vaxtı dəqiqləşib

23:23 26.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şahmat üzrə 2025-ci ildə keçiriləcək Dünya kubokunun yeri və vaxtı bəlli olub.

Hafta.az xəbər verir ki, yarış oktyabrın 20-dan noyabrın 27-dək Hindistanın Qoa şəhərində təşkil ediləcək.

Turnirin mükafat fondu 2 milyon ABŞ dolları təşkil edəcək. Planetin 206 şahmatçısı yüksək yerlər uğrunda mübarizə aparacaq.

Ölkəmizi Dünya kubokunda Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Read Səmədov və Əhməd Əhmadzadə təmsil edəcək.