Yazını böyüt
Yazını kiçilt
Böyük Britaniya şahzadəsi Harrinin “Ehtiyat” adlı avtobioqrafik kitabı satışa çıxdığı ilk gündə ABŞ, Böyük Britaniya və Kanadada 1,4 milyon nüsxə satılıb.
Hafta.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Mirror” qəzeti yayıb. Buraya kitabın elektron və audio versiyası da daxildir.
"Penguin Random House" nəşriyyatından bildirib ki, onların şirkəti üçün bu, qeyri-bədii kitabların satışı üzrə rekorddur. "Ehtiyat" insanlar arasında maraq doğurduğu üçün təcili olaraq daha çox çap olunacaq.
Qeyd edək ki, şahzadənin açıqlamalarından ibarət 410 səhifəlik kitabı jurnalist və yazıçı J.R Moringer qələmə alıb. Onun audio versiyasını isə Harrinin özü səsləndirib. Kitabın satışına görə Londonda bəzi mağazalar gecə yarısı açılıb.