Sakinlərdən tapança, tüfəng götürülüb – DİN

12:29 07.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 2 tüfəng, 2 patron darağı və 8 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə hafta.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.