Salyanda piyadanı maşın vurub öldürdü

23:25 24.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

Hafta.az xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı ağır xəsarət alan piyada, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılov ölüb.

Faktla bağlı araşdırma aparılır.