Samuxda 18 yaşlı qız dəm qazından zəhərləndi

17:24 27.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Samuxda zəhərlənmə faktı qeydə alınıb.

Hafta.az-ın məlumatına görə, hadisə rayonun Lək kəndində qeydə alınıb.

Kənd sakini 2002-ci il təvəllüdlü Yusibova Nuranə Xəlil qızı yaşadığı evin vanna otağında zəhərlənib. Dərhal gənc qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.