Sankt-Peterburqda "Evsizlər muzeyi" açılır

09:17 27.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sankt-Peterburqda “Evsizlər muzeyi” adlı yeni özəl muzey açılır. Məlumata görə, aprelin 1-də qapılarını Qoroxovaya küçəsində açacaq muzeydə evsiz insanların həyatından tarix, sosiologiya və antropologiya prizmasından danışılacaq. Muzeydə müxtəlif dövrlərə aid evsiz insanların hekayələri, şəxsi əşyaları və müxtəlif əyani materiallar sərgilənəcək.

Hafta.az-ın yazdığına görə, muzeyin təsisçisi Anton Borodin layihənin tamamilə şəxsi təşəbbüs olduğunu və bilet satışından əldə olunan gəlirin bir hissəsinin çətin vəziyyətdə olan insanlara kömək üçün ayrılacağını bildirib.

Sərgi 14-cü əsrin sərgərdan dilənçilərindən tutmuş 19-cu əsrin gecəqondu sakinlərinə, sovet dönəminin evsizlərindən 1990-cı illərin küçələrində yaşayan insanlara qədər bir çox personajların həyatından bəhs edəcək. Muzeydə ədəbi qiraətlər, sənədli filmlərin nümayişi, keçmiş evsizlərlə müsahibələr və rəsm sərgiləri kimi tədbirlər də keçiriləcək. Borodin vurğulayıb ki, muzey “evsizlik” fenomenini emosional istismara çevirmədən aradan qaldırmaq məqsədi daşıyır və cəmiyyətdə bu məsələ ilə bağlı qərəzləri azaltmaqdır.

Muzey təsisçiləri qeyd edirlər ki, layihənin hazırlanmasına bir neçə milyon rubl xərclənib və sərginin yaradılması bir ildən çox vaxt aparıb. Borodin bildirib ki, muzeyin məqsədi təkcə tarixi povest təqdim etmək deyil, həm də evsizliyin səbəblərini araşdırmaq və bu mövzuda ictimai maarifləndirməkdir.