Yazını böyüt
Yazını kiçilt
Kalininqrad qubernatoru Anton Əlixanov Süveyş kanalına alternativ olması gözlənilən Şimal dəniz yolu ilə hərəkət edən və Şanxaydan yola çıxmış ilk gəminin onların bölgəsinə çatdığını açıqlayıb. Əlixanov bildirib ki, Sankt-Peterburqa gedən gəmi Baltiysk limanında lövhər salıb.
Hafta.az-ın yazdığına görə, Əlixanov yeni marşrutun Süveyşdən daha ucuz və sürətli olduğunu bildirib.
Qlobal istiləşmə səbəbindən Şimal Dəniz Yolu indi əvvəlkindən daha uzun müddətə naviqasiya edilə bilər. Rusiya bu fürsətdən yararlanmaq üçün sərmayə yatıran aparıcı ölkələrdən biridir.
Vladimir Putin 2024-cü ildən başlayaraq bu marşrutla hər il 80 milyon metrik ton yükün daşınmasını əmr etmişdi.
Sentyabrda “Qazprom” ilk dəfə bu marşrutla Çinə maye qaz göndərib.