“Şaxtalı havalar inflyasiyaya mənfi təsir göstərəcək” – Birol Erkan

09:50 17.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son günlər yağan qar və soyuq hava səbəbindən Türkiyənin 36 vilayətində kənd təsərrüfatı ciddi təsirlənib. Şaxta xüsusilə ərik ağaclarına təsir edib.

Hafta.az-ın yazdığına görə, İskəndərun Texniki Universitetinin doktoru Birol Erkan problemlə bağlı deyib ki, Türkiyədə bir çox sahədə qiymət artımı və inflyasiyada azalma hiss olunur. Ancaq ərzaq inflyasiyası ümumi inflyasiyaya ən çox təsir edən sahədir. "Ərzaq inflyasiyasında nisbi azalma olsa da, hələ də əhəmiyyətli, qənaətbəxş bir azalma baş verməyib. Ancaq sürpriz təklif şoku yaranıb. Bu, mənfi təklif şokudur. Apreldə gözlənilməz kənd təsərrüfatı şaxtası hadisəsi baş verdi. Bu, mütləq inflyasiyaya mənfi təsir göstərəcək. Beynəlxalq şoklar da var. Dünyada mümkün tarif artımının da olacağını nəzərə alsaq, Trampın mənfi təsirləri də özünü göstərəcək”, - Erkan deyib.

Ekspertin fikrincə, Türkiyədə, sözügedən şoklardan başqa, xüsusilə baza təsiri ilə ciddi inflyasiya enişləri nəzərdə tutulur. Keçən il aylıq inflyasiya müəyyən aylarda 6 - 9 faiz civarında olub. Son 12 aylıq inflyasiya açıqlananda, bunun son aylardakı azalmalarla birlikdə əhəmiyyətli təsir göstərdiyini nəzərə çarpıb.

Erkan, “Bu kontekstdə kirayəhaqqı artımları və ərzaq inflyasiyası kimi mənfi hallar olsa da, Türkiyənin xalis idxalçı mövqeyi nəzərə alındıqda qlobal neft qiymətlərində ümumi azalma kimi vəziyyətlər də müsbət hallar kimi görünür” deyib.