“Sberbank”dan İslam şəriətinə uyğun kart

10:15 23.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ən böyük bankı olan “Sberbank” ölkədəki 9 federal dairədə "şəriət qaydalarına uyğun" debet kartı və hesab xidmətləri göstərməyə başladığını açıqlayıb. Bank bu hesabları “amana”, kartları isə “adafa” adlandırıb.

Hafta.az-ın Rusiya mətbuatına istinadən yazdığına görə, bu kartlar və hesablar üzrə heç bir faiz tutulmayacaq.

Bankın bu prosesi idarə etmək üçün Şəriət Məsləhət Şurası da yaratdığı öyrənilib.

Xidmətin həyata keçiriləcəyi regionlar arasında paytaxt Moskva da var. “Sberbank” rəsmisi Oleq Qaneyev bildirib ki, xidmətdən qeyri-müsəlmanlar da yararlana bilər.