Yazını böyüt
Yazını kiçilt
Fransa İrandakı səfirliyinin əməkdaşlarının bir qismini təxliyə edib.
Hafta.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Məlumata görə, səfirliyin diplomatik heyətinin bir qismi 11–12 yanvar tarixlərində İranı tərk edib. Təxliyə olunanların dəqiq sayı açıqlanmır. Bildirilib ki, təxliyə edilənlər səfirliyin əsas əməkdaşları deyil.
Qeyd edək ki, Fransanın Tehrandakı səfirliyində təxminən 30 nəfər çalışır.