Şəhid ailələrindən seçilən 10 uşağın Türkiyəyə səfəri təşkil ediləcək

13:15 21.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Daxili İşlər Nazirliyi ilə Kocaeli Heydər Əliyev Mədəniyyət Evi arasında müştərək yürüdülən birinci layihə 2021-ci ilin fevral ayında uğurla başa çatdırılıb.

Bu sözləri Hafta.az-a Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib. Cənab Dündarın sözlərinə görə, bu uğurdan sonra, Erməni diasporunun yalan və böhtanlarına cavab vermə layihəsi ikinci dəfə yenidən onlara verilib. "Protokolu Dərnəklər Federasiyasının Kocaeli vilayət şöbəsində imzaladıq. Uğurla başa çatdıraraq konfrans keçirəcək, televiziya, sosyal media vasitəsilə, çap edəcəyimiz kitabları, jurnallları pulsuz paylayaraq əhalini marifləndirəcəyik. Bundan əlavə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şəhid ailələrindən seçdiyi 10 uşağı bir həftə müddətinə Türkiyəyə səfərini təşkil edəcəyik və səfərin bütün xərclərini də öz üzərimizə götürəcəyik", - deyib B.Dündar.  

Oxunma sayı 1573
Siyasət rubrikasından digər xəbərlər