Şəhidlər Xiyabanında ziyarət zamanı növbəlilik prinsipini pozmağa cəhd edən şəxs saxlanılıb

11:29 21.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.