Şəmkirdə öldürülən məktəblinin FOTOSU

13:02 02.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, dünən aaxşam saatlarında Şəmkir rayon Mahmudlu kənd Y.Əsgərov adına tam orta məktəbin 10-cu sinif şagirdi həmyaşıdını qətlər yetirib.

Hafta.az-ın məlumatına görə, öldürülən yeniyetmə Abdullayev İlham Rafael oğludur.

O, Şəmkir Peşə Liseyinin şagirdi olub. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, S.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Həyatını itirən yeniyetmənin fotosunu təqdim edirik:

1384510