Sentyabr ayında Türkiyənin avtomobil və yüngül ticari maşınlar bazarında ən çox satışı olan markalar sırasıyla Fiat, Renault və Ford olub.
Hafta.az-ın Türkiyə Avtomobil Distribyutorları və Mobility Dərnəyinə (ODMD) istinadən yazdığına görə, avtomobil və yüngül ticari vasitə satışları keçən ay 2022-ci ilin sentyabr ayına görə yüzdə 55,9 artaraq 96793 ədədə çatıb.
Sentyabrda avtomobil satışları əvvəlki ilin eyni ayına görə yüzdə 76,7 artaraq 78971 ədədə, yüngül ticari avtomobil satışları isə yüzdə 2,4 artaraq 17822 ədədə yüksəlib.
Ötən ay “Fiat” 15537 ədəd minik avtomobili və yüngül ticari avtomobillərin ümumi satışında birinci yerdə qərarlaşıb. Onu 11714 ədədlə “Renault” və 7023 ədəd satışla “Ford” izləyib. “Volkswagen” 6089 satışla dördüncü, “Chery” isə 5636 satışla beşinci yerdə dayanıb.
Sentyabrda ən çox minik avtomobili satan marka 11722 ədədlə “Fiat” olub. Onu 9756 satışla “Renault”, 5636 satışla “Chery” izləyib. “Volkswagen” 4857 satışla dördüncü yeri tutarkən, “Tesla” 4700 avtomobil satışı ilə beşinci yerdə qərarlaşıb.
Bu arada, “Tesla”nın ODMD marka siyahısına daxil edilməsi ilə markaların sayı 49-a yüksəlib. Keçən ay “Smart”dan başqa bütün markalardan satışlar həyata keçirilib.
“TOGG”un tədarükləri sentyabrda 2204 ədəd təşkil edib. Lüks avtomobillər qrupunda sentyabrda 85 “Porsche”, 28 “Maserati”, 30 “Lexus”, 5 “Jaguar”, 4 “Bentley”, 2 “Aston Martin” və 1 “Ferrari” satılıb.
Yüngül ticari vasitə seqmentinə baxıldığında, “Ford” ötən ay 4508 satışla siyahının başında olub. Onu 3815 satışla “Fiat” və 1958 satışla “Renault” izləyib. “Volkswagen” 1232 satışla dördüncü, “Peugeot” isə 1159 satışla beşinci olub.