SEPAH-ın iki hərbi qulluqçusu öldürülüb

23:33 08.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranın qərbində yerləşən Kermanşah şəhərində baş verən iğtişaşlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki hərbi qulluqçusu öldürülüb.

Hafta.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata görə, Möhsən Cəmali və Məhəmməd Şeydai etirazçılarla toqquşmalar zamanı öldürülüb.