Sərnişinləri yarım saat gözlədən marşrut avtobusu ilə bağlı QƏRAR

12:10 02.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

71 nömrəli avtobus marşrutu ilə bağlı sərnişinlərin şikayətləri artıb. Oxu.az-a müraciət edən sərnişinlər bildirirlər ki, avtobusu yarım saatdan çox gözləməli olurlar. Sürücülər isə gecikməni xəttə 14 avtobus ayrılmalı olduğu halda 7 avtobusun fəaliyyət göstərməsi ilə əsaslandırırlar.

Hafta.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, 71 nömrəli marşrut xətti də hazırda müsabiqəyə təqdim edilib:

Məlumatda deyilir:

"AYNA tərəfindən daşıyıcılara avtobus parkının yenilənməsi, nizamlı sərnişindaşıma fəaliyyətinin təqdim edilməsi barədə mütəmadi olaraq tapşırıqlar verilir. Fəaliyyətlərində nöqsanlar aşkarlanan daşıyıcılara müvafiq tədbirlərin görülməsi barədə göstərişlər verilir. Tədbirlər görülmədiyi təqdirdə, marşrut xətləri müsabiqəyə çıxarılır. 71 nömrəli marşrut xətti də hazırda müsabiqəyə təqdim edilib".