Səudiyyə Ərəbistanı Beynəlxalq Valyuta Fondu (BVF) ilə razılaşdıqdan sonra Pakistana 2 milyard dollar maliyyə dəstəyi ayırıb.
Hafta.az-ın yazdığına görə, Pakistanın maliyyə naziri İshak Dar Twitter hesabında Pakistan Mərkəzi Bankının Səudiyyə Ərəbistanından 2 milyard dollar aldığını bildirib və bunun ölkənin əlindəki valyuta miqdarını artırdığını vurğulayıb.
İshak Dar, Səudiyyə Ərəbistanına verdiyi dəstəyə görə təşəkkür edib və önümüzdəki günlərdə iqtisadi sahədə daha müsbət irəliləyişlərin olacağına inandığını bildirib.
Xatırladaq ki, Ər-Riyad administrasiyasının maliyyə dəstəyi Pakistanın BVF ilə 3 milyard dollarlıq stand-by sazişi imzalamasından sonra gəlib.
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings BVF ilə razılaşdıqdan sonra Pakistanın xarici valyutada uzunmüddətli kredit reytinqini "CCC-"dən "CCC"yə yüksəldib.
BVF-nin Pakistan missiyasının rəhbəri Natan Porter iyunun 30-da BVF və Pakistan səlahiyyətlilərinin 9 aylıq 3 milyard dollarlıq stand-by razılaşması barədə razılığa gəldiyini açıqlayıb.