Seuldan Daşkəndə gələn 181 Özbəkistan vətəndaşı karantinə yerləşdirilib

14:42 09.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün səhər saatlarında “Uzbekistan Airways” çarter reysi ilə Cənubi Koreyada təhsil alan və çalışan 181 Özbəkistan vətəndaşı Seuldan Daşkəndə gətirilib.

Onlar Daşkənd vilayətindəki sanatoriyalardan birinə 14 günlük karantinə yerləşdirilib.

Xatırladırıq ki, fevralın 29-da Seuldan Daşkəndə uçan bütün sərnişinlər də iki həftəlik karantinə alınıb.

Cənubi Koreyada koronavirus geniş yayıldığına görə “Uzbekistan Airways” martın 1-dən Seula uçuşları dayandırıb.

Mart ayında Seuldan Daşkənddə Özbəkistan vətəndaşlarını gətirən daha üç çarter reysi həyata keçiriləcək.