Şevçenko Ukrayna millisindən ayrılıb

21:00 01.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Andrey Şevçenko futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi vəzifəsindən gedib.

Hafta.az xəbər verir ki, bu barədə Andrey Şevçenko feysbuk səhifəsində məlumat verib.

“Bu gün Ukrayna Futbol Federasiyası ilə müqaviləm başa çatıb. Mən beş il millidə çalışdım. Biz sübut etdik ki, müasir futbol oynamağı bacarırıq. Mən hər bir futbolçuya, azarkeşlərə, komandanın inkişafında xidməti olan hər kəsə təşəkkürümü bildirirəm”, - deyə Andrey Şevçenko əlavə edib.

Oxunma sayı 823