Yazını böyüt
Yazını kiçilt
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.
Bu barədə hafta.az-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.
“Döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 9-dan 13-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - məlumatda qeyd edilib.