Yazını böyüt
Yazını kiçilt
“Cahangir Zeynalovla maraqlanıb onu Azərbaycana dəvət etmək lazımdır. Bu adam gəlib sənətimizdəki boşluğu aradan qaldıra bilər”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Səyyad Salahov deyib.
S.Salahov bir sıra istedadlı Azərbaycan sənətkarlarının adını çəkib və Ulu Öndərin istedadlı mədəniyyət adamlarına verdiyi mühüm diqqətə əsaslanıb.O siyasətin bu gün də davam etdirilməsini zərurətini önə çəkib.
“Böyük sənətkar Nəsibə Zeynalovanın oğlu Cahangir Zeynalov bu gün heç nədən Adanada böyük bir teatr yaradıb. O, bunu burada da edə bilər. Arzu edərdim ki, əlaqədar təşkilatlar bu sənətkarı vətənə qaytarsınlar”.