Şimali Makedoniyaya VİZASIZ GEDƏ BİLƏCƏYİK

16:37 01.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahibləri viza tələbindən azad edilib.

Hafta.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, saziş bu ilin martın 12-də Bakı şəhərində imzalanıb.