Yazını böyüt
Yazını kiçilt
Sloveniyada yeni tip koronavirusa (COVID-19) ilk yoluxma halı qeydə alınıb.
Bu barədə məlumatı Sloveniyanın Səhiyyə naziri Aleş Şabeder təsdiqləyib. Virus aşkarlanan şəxs İtaliyadan keçməklə Sloveniyaya səfər edən Mərakeş vətəndaşıdır.
Lyublyanada İnfeksiyalar üzrə Klinikada yerləşdirilən pasiyentin bir neçə gün əvvəl Sloveniyaya geri qayıtmasını nəzərə alaraq, onun təmasda olduğu şəxslərin də müəyyənləşdirilməsi və tibbi müayinəyə cəlb edilməsi istiqamətində iş aparılır.