“SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib

23:00 09.06.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İstanbul şəhərində “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclası keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf özünün "Twitter" səhifəsində yazıb.

"Bu gün Azərbaycan Respublikasının İqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun iştirakı ilə İstanbulda "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclası keçirildi", - deyə paylaşımda bildirilir.