Soçidəki erməni diasporu Şuşanın 4 kəndindəki ermənilərə DONUZ GÖNDƏRDİ

20:00 28.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Krasnodar diyarının Soçi şəhərindəki erməni diasporunun rəhbəri Kamo Ayrapetyan Azərbaycan Respublikasının Şuşa rayonunun müvəqqəti olaraq Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalan kəndlərindəki erməni ailələrinin hər birinə donuz hədiyyə edib.

Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri  separatçı-terrorçu rejim tör-töküntüsü rəhbərinin diasporlarla iş üzrə müşaviri Svoboda Simonyana istinadla  məlumat yayıb. 

S.Simonyan bildirib ki, Soçidəki erməni icması bu addımı onun iyun ayında Rusiyadakı erməni diasporlarının nümayəndələriylə görüşündən sonra atıb.

Beləliklə,  Rusiyadakı erməni xeyriyyəçilər hesabına Şuşanın Böyük Qaladərəsi, Kiçik Qaladərəsi və Salatınkənd kəndlərində sülənən erməni ailələrinin maddi durumlarını yaxşılaşdırmaq məqsədilə hər birinə iki  donuz veriləcək. Ümumilikdə həmin kəndlərdəki 230 ailəyə donuz paylanması nəzərdə tutulub. 

Oxunma sayı 8829