Sumqayıtda maşın təmiri sexi yanır

17:18 26.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

FHN-nin “112” qaynar xəttinə Sumqayıt şəhərində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə hafta.az-a FHN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində işlər görülür.

Əlavə məlumat veriləcək.