Sumqayıtda yataqxanada yanğın

20:58 29.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda yataqxanada baş verən partlayışdan sonra yanğın başlayıb.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Hadisə yerinə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sakinlər binadan təxliyə edilib.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir.

Fakt araşdırılır.