Sürət həddi əvvəlki vəziyyətə qaytarıldı 

11:11 05.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.

Bu barədə hafta.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

"Yağışlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb", - deyə NİİM-dən bildirilib.

Xatırladaq ki, sürət həddi ötən gün axşam saatlarında endirilmişdi.