Şuşada çox böyük yeniliklər olacaq - Zahid Abbasov

11:38 13.05.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Şuşada çox böyük yeniliklər olacaq. İndi mən bəzi məsələləri açıqlamaq istəmirəm. Yaxşı mənada, əsaslı şəkildə çox böyük yeniliklər. Amma yeni məhəllələrin yaranması ilə bağlı elə bir ehtimalı mümkün hesab etmirəm. Çünki məhəllələri artırmaq mümkün deyil.

Bu fikirləri hafta.az-a Şuşa Mədəniyyət və Turizm İdarəsinin müdiri Zahid Abbasov Şuşada məhəllələrin sayının artırıla biləcəyi ilə bağlı iddialara münasibət bildirərkən səsləndirib.

Onun sözlərinə görə, məhəllələrin sayını artırmaq üçün şəhərin ərazisindən çölə çıxmaq lazımdır:

"Yəni şəhərin qayalıq üstündə olan ərazisində 17 məhəllədən artıq məhəllə salmaq qeyri-mümkündür. Həmin o 17 məhəllə qalacaq. Bu məhəllələrin yaxın kəndlərdə qurulmasını düşünürlərsə, bunlar çox aralıdır. Şəhərə yaxın kənd yoxdur, bir dənə Daşaltıdır, o da adı bəlli, Daşaltıdır. Qalanı çox aralıdır".