Şuşada mikroavtobus aşıb, yaralananlar var

22:30 21.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşa rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, rayonun Turşsu kəndi ərazisində “Ford Tranzit” markalı mikroavtobus aşıb, azı beş sərnişin yaralanıb. Yaralılar Xankəndi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Şuşa Rayon Polis şöbəsində araşdırma aparılır.