Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq - Ərdoğan

18:43 15.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şuşada Türkiyənin baş konsulluğunu açmağı planlaşdırırıq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatı zamanı söyləyib.

"Müdafiə sənayesi sahəsində də münasibətlərimizi daha da möhkəmləndiririk. Burada pilotsuz uçuş aparatları çox ciddi işlər gördü. Azərbaycan bu sahədə istehsal mərkəzi olmaq imkanı qazanacaq. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü bizim gücümüzdür" - deyə, Ərdoğan əlavə edib.

Oxunma sayı 526
Gündəm rubrikasından digər xəbərlər