Şvabelər Azərbaycanın imicini korlamağa çalışırlar - Elşad Mirbəşir

15:40 14.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Qərb dairələrinə öz ambissiyalarını yeridə biləcəkləri rejimlər sərf edir. Bu mənada Azərbaycan dövlətinin öz milli maraqları çərçivəsində apardığı müstəqil siyasət qərb dairələrini qıcıqlandırır”.

Bunu hafta.az-a professor Elşad Mirbəşir Qərbin, Avropanın Azərbaycana qarşı yönələn təsir və təzyiqləri ilə bağlı bildrib.
E.Mirbəşir qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar formalaşdırmaqla, yeni təhlükəsizlik mühitini yaratdı, yeni tarixi mərhələnin başlanğıcını qoydu. Cənubi Qafqazda səmərəli əməkdaşlıq sisteminin qurulması, keyfiyyətli təhlükəsizlik mühitinin formalaşdırılması bu regiona kənar müdaxilələrin azalmasını təmin edir ki, Azərbaycan bunu şərtləndirən addımlar atmağı bacardı. Bu reallıqlar fonunda Qərb regionda özünün manevr imkanlarının əhəmiyətli dərəcədə məhdudlaşdığını görür.

“Yeni reallıqlar bütün region xalqlarının, dövlətlərinin rifahına xidmət etməkdədir. Cənubi Qafqazda münaqişə potensialının Azərbaycanın iradəsi ilə aradan qalxması regionun inkişafı, təhlükəsizliyinin təmin olunması baxımından geniş imkanlar yaradır. Bu da qərb dairləri tərəfindən qəbul olunmur. Onlar regiondakı gərginlikdən istifadə edərək Azərbaycana qarşı təzyiqlər göstərib, qərəzli çıxışlarını davam edir”.
E.Mirbəşir bildirib ki, Frank Şvabe kimi deputatların qərəzli addımlarının Avropa Şurasının etibarlılığını aşağı endirir. Onun sözlərinə görə, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması da Şvabenin canfəşanlığının nəticəsidir.
“Bu, həm də onu qeyd etməyə əsas verir ki, Fransa və Almaniya Azərbaycana qarşı bir tandem kimi fəaliyyət göstərməkdədirlər. Fransa bir çox halda öz mövqeyini Almaniynın vasitəsi ilə həyata keçirməyə çalışır. Qərb Azərbaycana qısqanclıqla yanaşır. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul olunmasına qlobal dəstəyin verilməsi bu qısqanclığı daha da artırdı. Bu konfrans ərəfəsində ölkəmizin imicinə xələl gətirmək cəhdləri qərəzdən, məkirli niyyətlədən xəbər verir.
COP29-un Azərbayanda yüksək tələblərə cavab verəcək şəraitdə keçirləcəyi şübhə doğurmur. Şvabelər Azərbaycanın imicini korlamağa çalışırlar. Amma bu cəhdlər fiaskoya uğrayacaq. Azərbaycan öz yolu ilə gedir, prioritetlərinə uyğun olaraq addımlarını qətiyyələ atır. Şvabe və onun kimilərin qarayaxma hərəkətliliyi heç bir nəticə verməyəcək. Bu qərbin, Avropanın Şvabelərinin timsalında özünün olmayan nüfuzunu daha da yox edəcək”.