Tağıyevin heykəlinin açılışı ilə bağlı işlər davam etdirilir - Eldar Əzizov

11:39 27.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı ilə bağlı işlər davam etdirilir.

Hafta.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O qeyd edib ki, heykəlin açılışı üçün hazırda heykəltəraşlar və mütəxəssislər tərəfindən hazırlıq işləri aparılır:

"Hazırda proses davam edir. Ola bilər ki, yaxın günlərdə heykəlin açılışı olsun. İşlərin gedişi mütəxəssislərin fəaliyyətindən asılı olacaq."

Oxunma sayı 13