Tahir Salahov dəfn olundu - FOTO

12:55 24.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahov dəfn olunub.

 

Hafta.az-ın məlumatına görə, ötən həftə dünyasını dəyişən rəssam I Fəxri Xiyabanda dəfn olunub.

 

Dəfn mərasimində Tahir Salahovun yaxınları, rəsmi şəxslər və ziyalılar iştirak edib.

 

Xatırladaq ki, Xalq rəssamı T.Salahov mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında vəfat edib.