Taliban vədlərinə əməl etmir - Rusiya səfiri

11:55 10.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev Əfqanıstanda hakimiyyətə gəldikdən sonra “Taliban”ın verdikləri vədlərin heç birinə əməl etmədiyini bildirib.

“Kommersant” yazır ki, o, xüsusilə, Talibanın ölkədə terror təhlükəsini aradan qaldırmaq üçün heç bir tədbir görmədiyinə diqqət çəkib.

“Talibanların hakimiyyətə gəldikdən sonra verdiyi vədlərin demək olar ki, hamısı yerinə yetirilməyib. Taliban hakimiyyətə gələrək Əfqanıstan ərazisindən heç bir terror təhlükəsinin olmayacağına zəmanət verdi”, - Qriqoryev bildirib. Səfir qeyd edib ki, son aylar Əfqanıstanda, o cümlədən Kabildəki səfirliyə qarşı və şimal qonşuları ilə sərhəddə bir neçə iri terror aktı törədilib.