Tanzaniyada kilsədə izdiham - 20 ölü

15:42 02.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanzaniyada kilsələrin birində izdihamda ən azı 20 nəfər həlak olub. 

Hafta.az "Frans Press" agentliyinə istinadə bildirir ki, izdiham Tanzaniyada məşhur pastor Bonifasiy Mvamposanın xütbəsi zamanı olub. Xidmət fevralın 1-i Moşi şəhərində yerləşən evangelist xristian kilsəsində keçirilib.

Şəhərin dairə komissarı Kippi Variobiya bildirib: "Hal-hazırda 20 nəfər həlak olub, ancaq yaralılar olduğu üçün ölənlərin sayı arta bilər".