“Taxılın daşınmasına qısa vaxtda başlanmasa, yeni ərzaq böhranı yaranacaq” - Professor

11:00 25.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Rusiyanın “Taxıl Müqaviləsi”ni dayandırmasından sonra Avropada Qara dənizə alternativ axtarışlar sürətlənib. Bununla belə, alternativ yolların qarşısında mühüm problemlər var. Türkiyə və Birləşmiş Millətlər Təşkilatının bu məsələyə münasibəti böyük əhəmiyyət kəsb edir. Çünki, iki ölkə arasında ortaq yol tapılmasa, taxıl daşınması qısa zamanda başlamazsa, dünya yeni ərzaq böhranı ilə üzləşə bilər”.

Hafta.az-ın yazdığına görə, bu haqda beynəlxalq əlaqələr üzrə mütəxəssis, Burdur Mehmet Akif Ersoy Universitetinin professoru Anıl Çağlar Erkan deyib.

Cənab Erkan bildirib ki, Türkiyə heç vaxt Ukraynadan yalnız başına taxıl daşımağa girişməyəcək və ya daşınmalara zəmanət verməyəcək. Necə ki, BMT də bu zəmanəti verməyib. Professor qeyd edib ki, Türkiyə ən rasional addımı atmağa çalışacaq. İki ölkə ortada bir yerə gətiriləcək və bu nöqtədə Türkiyə yenidən qlobal mərkəzə çevriləcək. Çünki Qara dənizdə münaqişə Türkiyənin ziyanına olardı.

“Türkiyə Rusiya və Ukraynaya birtərəfli qaydada üstünlük vermədən balans rolunu oynayacaq vəziyyətdədir. İnanıram ki, bu, düzgün tərəfləri ümumi razılığa gətirəcək. Türkiyə tərəf olmaqdan daha çox birləşdirici aktyor kimi çıxış etmək istəyir və tərəfləri birləşdirən ümumi maraqlar üzərində çalışır” deyən Anıl Çağlar Erkan qeyd edib ki, alternativ marşrutları həyata keçirmək çox çətin görünür, amma hətta baş versə belə, qiymətlərin artacağı qaçılmazdır.

"Rusiyanın sazişdən çıxdığını deməsi belə qiymətləri 6 faiz artırdı. Alternativ marşrutlarda tədarük və fasiləsizlik probleminin olacağı aydındır. Başqa çətinliklər də əlavə olunduqda qiymətlərin daha da artması qaçılmazdır” deyən professor görə, işin manipulyasiya ölçüsü də var, bunu unutmaq olmaz. Qida böhranı ilə üzləşəcəyini düşünən Qərb, Afrika ölkələrini nəzərə almır. Bu ölkələr şəxsi maraqları naminə öz xalqlarının tələblərinə məhəl qoymurlar.

Ekspert bildirib ki, ərzaq məhsullarının qiymətinin artması təkcə iqtisadi deyil, həm də sosial problemlər yaradacaq. Hətta Avropada qida ilə bağlı iğtişaşlar da ola bilər. Dünya qida müstəvisində parçalanma riski altındadır. Bu bölünmə baş verməzdən əvvəl həll yolu tapılmalıdır.

“Razılaşmanın çox sadə əsası ola biləcək şey böyük böhrana çevrilə, qida əsaslı münaqişə riski də yarana və təhlükəsizlik böhranı ilə qarşılaşa bilər”, - deyib cənab Erkan.