Telefon xətti çəkirdi, "tok" vurub öldürdü

13:03 20.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şamaxı rayon prokurorluğundan hafta.az-a verilən məlumata görə, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.


Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.

Oxunma sayı 41