Təqaüdçü əlil qıza təcavüz etdi - DƏHŞƏTLİ OLAY

17:40 23.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hüquq-mühafizə orqanlarının əməkdaşları əlil qıza qarşı cinsi zorakılıqda ittiham olunan 1957-ci il təvəllüdlü Sankt-Peterburq sakinini saxlayıb. Bu barədə TASS Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinə istinadən xəbər verir.

“Daxili İşlər Nazirliyinin rayon şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər saxlanılıb. Onun barəsində ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir”, - deyə məlumatda bildirilir.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs yanvarın 21-də axşam saatlarında şəhərin Krasnoselski rayonu ərazisində, General Kravçenko küçəsindəki evlərdən birinin giriş qapısında, eləcə də digər yerlərdə olarkən 2007-ci il təvəllüdlü əlil qıza qarşı dəfələrlə cinsi xarakterli zorakılıq hərəkətləri edib.