Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının məhkəməsi başlayır

10:03 14.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşının məhkəməsi başlayır.

Hafta.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və məhkəmənin baxış iclasının təyin olunacağı gözlənilir.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.