Tərtərdə nişanlı qız faciəli şəkildə öldü - FOTO

10:00 28.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtərdə 21 yaşlı qız çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Hafta.az xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində baş verib.

Belə ki, Niftalıyeva Arzu İlqar qızı yaşadığı binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək binadan yerə düşüb.

A.Niftalıyeva xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

A.Niftalıyeva nişanlı olub və yaxınlarda toyu olacaqmış.

Faktla bağlı araşdırma başlanıb.